ABŞ və Böyük Britaniya hərbi təlimlərə başlayıb

12 May 2020 09:55

Xəbər 93 dəfə oxunub

ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar.Azərtac xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək.ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən biri də ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin.Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.Qeyd edək ki, İranın hərbi dəniz qüvvələri də təlimlər keçirir. Dünən İran dənizçiləri yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurub partladıblar ki, nəticədə 20 dənizçı həlak olub.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00