Afinada ictimai nəqliyyatın fəaliyyəti dayanıb

6 Aprel 2022 14:40

Xəbər 73 dəfə oxunub

Yunanıstanın aparıcı həmkarlar ittifaqlarının elan etdiyi 24 saatlıq ümumi tətil səbəbindən Afinanın demək olar ki, bütün ictimai nəqliyyatının fəaliyyəti iflic olub.Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar qiymətlərin bahalaşmasından narazıdır və maaşların artırılmasını istəyirlər.Yunanıstanın paytaxtında bütün metro stansiyaları bir sutkalıq bağlanıb, tramvay və trolleybuslar xətlərə çıxmayıb. Hazırda bütün mərkəzi magistrallar şəxsi avtomobillərlə doludur və bu səbəbdən böyük tıxaclar yaranıb. İşə gedə bilməyən şəhər sakinlərinin bir hissəsi icazə almaq məcburiyyətində qalıb.Etiraz aksiyası dövlət sektoru həmkarlar ittifaqının Ali Şurası və özəl sektorun həmkarlar ittifaqı birliyi – Yunanıstanın Ümumi Əmək Konfederasiyası tərəfindən təşkil olunub. Dövlət xidmətlərinin və xəstəxanaların, sığorta fondlarının, vergi orqanlarının, bələdiyyələrin və şəhərsalma təşkilatlarının əməkdaşları da tətildə iştirak etmək niyyətindədir. Yunanıstan Dəniz Federasiyasının tətilə qoşulması səbəbindən bütün gəmilər bir gün limanlarda qalacaq. Həmçinin şəhərlərarası qatarlar və şəhərətrafı elektrik qatarları 24 saat ərzində xətlərə çıxmayacaq.xeber100.com

 

 

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13