Ağ ev Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır

20 Fevral 2023 15:30

Xəbər 224 dəfə oxunub

Bayden administrasiyası ixracat nəzarəti ilə bağlı yeni tədbirlər və Rusiya əleyhinə sənayenin əsas sahələrinə yönələn yeni sanksiyalar paketini tətbiq etməyi planlaşdırır. Bu barədə “Bloomberg News” agentliyi məlumatlı mənbələrə istinadla bildirib.

Məlumatda deyilir ki, yeni sanksiyalar Rusiyanın müdafiə və enerji sektorlarına, maliyyə müəssisələrinə və bir sıra fiziki şəxslərə qarşı yönələcək. Daha sonra bildirilir ki, ABŞ və onun müttəfiqləri Rusiyanın üçüncü ölkələrdən aldığı dəstəyi pozmaqdan ötrü sanksiyalardan yayınma hallarını aradan qaldırmağın mümkünlüyü məsələsini nəzərdən keçirə bilərlər.

Aİ-nin yeni sanksiyalar barədə təklifinə Rusiyaya PUA-lar və digər hərbi texnika, nəqliyyat vasitələri, elektronika və nadir torpaq metalları tədarük etməsi hesab olunan İran təşkilatları da daxildir.

Daha əvvəl bu ay ABŞ Rusiyanın kiberməkanda fəaliyyəti ilə bağlı bu ölkə əleyhinə yeni sanksiyalar tətbiq etmişdi. Sanksiyalar yeddi nəfərə, o cümlədən 6 rusiyalı və 1 Ukrayna vətəndaşına qarşı yönəldilmişdi.xeber100.com

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59