Akademik Opera və Balet Teatrı təqdim edir

28 Avqust 2019 13:53

Xəbər 45 dəfə oxunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıq elan edəcək.Azərtac xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.xeber100.com

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.xeber100.com  

Sentyabr 10, 2019 11:51