Akrobatika gimnastikası üzrə 29-cu Avropa çempionatı başa çatıb

4 Noyabr 2019 11:29

Xəbər 34 dəfə oxunub

İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa çempionatı başa çatıb.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışın sonuncu günündə təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq qitə birinciliyinin gənclər yaş qrupunda qızıl medal qazanıblar. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərinin finalında 28,600 xalla bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb. Bununla da gimnastlar tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.Daha bir medalı komandamızın aktivinə böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük yazdırıb. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28,680 xalla bürünc medala layiq görülüblər. Sonuncu Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günündə balans hərəkətlərinə görə bürünc medal qazanıb, çoxnövçülükdə isə beşinci olublar.Böyüklərin yarışında Seymur Cəfərov və Murad Əkbərov cütlüyü isə medalın bir addımlığında mübarizəni dayandırıblar. Balans hərəkətlərinin finalında 28,550 xal toplayan gimnastlarımız dördüncü yerdə qərarlaşıblar. Onlar çöxnövçülükdə beşinci, temp hərəkətlərinin finalında isə altıncı olublar.Beləliklə, ümumilikdə 5 medal qazanan millimiz akrobatika gimnastikası üzrə Avropa çempionatını uğurla başa vurub.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09