Ali təhsil müəssisələrinə qeydiyyat davam edir

27 Avqust 2019 13:29

Xəbər 160 dəfə oxunub

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 29-da başa çatacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.xeber100.com

2020/2021-ci tədris ilinin qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.DİM-dən Azərtac-a bildirilib ki, ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesaba əlavə edir. Bunun üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları “Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisasları seçə bilərlər.Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Tədrisi ingilis (alman) dilində olan ixtisasların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.Xatırladaq ki, qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Onlar iyunun 8-dən 18-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisasları seçib təsdiq etməlidirlər.xeber100.com

Fevral 3, 2020 11:43

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin semestri davam edir

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestri davam edir.BDU-dan Azərtac-a bildiriblər ki, rektor Elçin Babayevin imzaladığı əmrə əsasən, imtahan sessiyasının keçirilməsi üzrə qərargah yaradılıb. Qərargah payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mənfi halları operativ surətdə aradan qaldırmaq məqsədilə təşkil olunub. 19 nəfər üzvü olan qərargaha universitetin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov sədrlik edir.Tələbələr imtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə əlaqədar müvafiq olaraq qərargaha müraciət edə bilirlər. Onların göndərdiyi bütün müraciətlərə operativ qaydada baxılır.“Qaynar xətt” xidməti isə qərargaha daxil olan şikayətlərin, təklif və məlumatların hərtərəfli, obyektiv və operativ araşdırılması üçün yaradılıb. Bu məqsədlə qərargahda xüsusi telefon xətti fəaliyyət göstərir. Elektron poçt vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Universitetin əsas binasında və digər tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular yerləşdirilib. Həmçinin apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edir.Ümumiyyətlə BDU-da imtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün geniş imkanlar yaradılıb.İmtahanlar yanvarın 31-də başa çatacaq.xeber100.com  

Yanvar 14, 2020 13:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində metodologiya təlimlərinə başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, metodologiya təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.“British Council” təşkilatı tərəfindən aparılan təlimlər Beynəlxalq Aptist İmtahanının nəticələrinə əsasən Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində keçirilir.Metodologiya təlimləri boyunca müəllimlər peşəkar görüşlərdə də iştirak edirlər. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi BŞTİ və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Uğur üçün tədris” layihəsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarını təkmilləşdirmək, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqini təkmilləşdirmək, müəllimlərin ingilis dilində danışıq səriştəsini artırmaq, beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.xeber100.com

Yanvar 8, 2020 10:00

2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına start verilib.UNEC-dən Azərtac-a bildirilib ki, imtahan sessiyasında bakalavr səviyyəsində 12 min 412 tələbənin 6 fənn üzrə biliyi qiymətləndiriləcək. Magistratura səviyyəsi üzrə 3 min 360 nəfərin attestasiyası nəzərdə tutulub. Universitetin Zaqatala filialı üzrə isə bakalavr səviyyəsində 628 tələbə imtahan sessiyasında iştirak edəcək. UNEC-in nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində attestasiya olunacaq tələbələrin sayı 1210 nəfərdir.Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Əvvəlki illərdə olduğu kimi, bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq olacaq. Sessiyaya nəzarəti aparıcı təhsil ekspertlərindən, QHT və media nümayəndələrindən, tələbələrdən ibarət İctimai Nəzarət Şurası həyata keçirəcək. Sessiya dövründə “Açıq qapı” günləri təşkil olunacaq, sorğu və müraciətlər dinləniləcək.Şəffaflığın və obyektivliyin effektiv təmin edilməsi məqsədilə sessiya dövründə 18 46 “Qaynar xətt”i, bütün tədris binalarında isə qərargahlar fəaliyyət göstərəcək.UNEC 24/7 Kitabxanasında fasiləsiz xidmət göstəriləcək. Digər tədris binalarındakı kitabxana və oxu zalları isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.UNEC-in Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada təşkil olunacaq.xeber100.com

Dekabr 29, 2019 14:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri müəyyənləşib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 193 nömrəli tam orta məktəbin komandası I, 244 və 282 nömrəli tam orta məktəblərin komandaları II, 29, 211 və 245 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüb.Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin şəhər mərhələsində iştirak edən bütün komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.Qeyd edək ki, “Kiçik tədqiqatçılar” müsabiqəsinə ümumilikdə 253 məktəbin komandası qatılıb. Onlardan 26 komanda rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanıb.BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.xeber100.com

Dekabr 24, 2019 10:11

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir.BŞTİ-dən Azərtac-a bildirilib ki, növbəti aksiya 102 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çərçivəsində şagirdlərə şəxsiyyət vəsiqələri verilib və müvafiq sənədlərin dəyişdirilməsi təmin edilib.Aksiya dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədlərinə xidmət edir.Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsi şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından əhəmiyyət kəsb edir. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri alması məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırır. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır.Qeyd edək ki, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiya şagirdlərin təhsil aldıqları məktəbdə müvafiq xidmətlərdən yararlanması imkanlarını artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini təkmilləşdirməklə yanaşı, şagird yerdəyişməsi və digər müvafiq hallarda qarşıya çıxan sualların da aradan qaldırılmasına xidmət edir.xeber100.com

Dekabr 11, 2019 12:49