Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir

7 İyul 2021 13:29

Xəbər 175 dəfə oxunub

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, portal.edu.az platformasında aparılan sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub.Qeyd edək ki, portal üzərindən tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə bilirlər.xeber100.com

Təhsil Nazirliyinin məlumatına görə…

Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “Asan İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.xeber100.com

Yanvar 17, 2022 10:47

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir.DİM-dən Azərtac-a bildirilib ki, təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanılmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun hərəkət etməsi, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.Xatırladaq ki, təlimlərə imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar. Martın 9-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılır. Respublikanın bütün şəhər və rayonlarında keçiriləcək təlimlərdə 7362 nəzarətçi-müəllimin də iştirak edəcəyi gözlənilir.xeber100.com

Yanvar 12, 2022 13:53

Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.Bu barədə BDU məlumat verib. Bildirilib ki, imtahanlar təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli əmrinə müvafiq olaraq gələn il yanvarın 5-dən etibarən əyani formada keçiriləcək.COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə imtahanların şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil olunacaq. II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14:00-18:00 aralığında keçirilməsi nəzərdə tutulub. Bu fənlər fakültə elmi şuralarının qərarı ilə müəyyən olunacaq.Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında keçiriləcək. Magistratura səviyyəsinin I və II kurslarında isə bütün imtahanlar yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil ediləcək.2021-2022-ci tədris ilinin payız semestrində onlayn və ənənəvi dərslərdə texniki səbəbdən, eləcə də xəstəliklə əlaqədar olaraq iştirak edə bilməyən tələbələrin müraciətlərinə onların təqdim etdikləri sənədlərə uyğun olaraq fərdi qaydada baxılacaq.İclasda, həmçinin BDU əməkdaşlarının əməkhaqlarının qaldırılması haqqında qərar qəbul edilib.xeber100.com

Dekabr 29, 2021 12:41

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları təşkil edəcək

Dekabrın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sınaq imtahanları təşkil olunacaq.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanları Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar, Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün keçiriləcək. Eyni zamanda, coğrafiya fənni üzrə əlavə sınaq imtahanları təşkil olunacaq.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib. İmtahan müddəti 1 saat 30 dəqiqədir. Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq. İmtahanda abituriyentlərə 30 tapşırıq: - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; - oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; - dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir. Coğrafiya fənni üzrə əlavə sınaq imtahanı III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək. İmtahanın müddəti 1 saatdır. İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.xeber100.com

Dekabr 26, 2021 11:50

Azərbaycan dili və coğrafiya fənləri üzrə sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmayacaqlar. İmtahanların idarə olunması üçün ümumilikdə 13 imtahan rəhbəri, 99 zal nəzarətçisi və 26 buraxılış rejimi əməkdaşı ayrılıb.Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib. İmtahan müddəti 1 saat 30 dəqiqədir.Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.İmtahanda abituriyentlərə 30 tapşırıq, o cümlədən dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.Coğrafiya fənni üzrə əlavə sınaq imtahanı III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək. İmtahanın müddəti 1 saatdır.İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.xeber100.com

Dekabr 25, 2021 11:53

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada 2021-ci ildə də uğurla təmsil ediblər.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.Bildirilib ki, Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat qazanıb.Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında uğurla iştirak edən Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Ramin Qasımlı bürünc medal qazanıb.Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə və 117 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıblar. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov bürünc medalın sahibi olub.189-190 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədov “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasında ölkə üzrə 12-ci yeri, dünya üzrə 128-ci yeri tutub.Moskvada keçirilən VI Meqapolislər Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.xeber100.com

Dekabr 22, 2021 15:00

Dövlət İmtahan Mərkəzi qəbul imtahanının üzrə sınaq imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirir.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün 3780 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq. Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda “cavab vərəqi” və “cavab kartı” abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.İmtahanların idarə edilməsi üçün 49 imtahan rəhbəri, 400 nəzarətçi-müəllim ayrılıb, 50 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.xeber100.com  

Dekabr 19, 2021 13:36

“İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur

“eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.Müsabiqəyə aşağıda qeyd olunan şərtlərə cavab verən layihələr ilə istənilən “eTwinning” müəllimi qoşula bilər: -Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır; -Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır; -Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır; -Layihə milli kurikuluma əsaslanmalıdır; -Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır; -İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir. Müsabiqəyə təqdim olunan layihələr üzrə dekabrın 15-i saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.xeber100.com

Noyabr 27, 2021 15:36

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

On altı dövlət orqanında mövcud olan 36 vakant vəzifə üzrə sentyabrın 13-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 188 namizədlə 188 müsahibənin keçirilməsi planlaşdırılır.Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Dövlət Statistika Komitəsi, Sənaye və tikinti statistikası şöbəsi, Tikinti statistikası sektoru, məsləhətçi (1 vakant yer üzrə 29 namizəd), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Mütəxəssis təhlilləri şöbəsi, baş məsləhətçi (2 vakant yer üzrə 19 nəfər) vəzifələri olub.Müsahibələrin noyabrın 1-dən 30-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilər.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Namizədlərin müsahibədə üzrlü səbəb olmadan iştirak etməməsi onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər.Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.xeber100.com

Oktyabr 22, 2021 19:01

Əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Lahor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramının yaradılması ilə bağlı müzakirələr aparılıb.BDU-nun rektoru Elçin Babayev 2020-ci ilin Azərbaycan üçün ən əlamətdar tarixlərdən biri olduğunu vurğulayıb. Rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən və işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. E.Babayev iki ölkə arasında yüksək səviyyədə münasibətlər olduğunu diqqətə çatdırıb.Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən E.Babayev imzalanacaq memorandumun əhəmiyyətini vurğulayıb.Tədbir iştirakçılarına bu ilin oktyabrında Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” və Pakistandan olan əsas məruzəçi-iştirakçılar haqqında məlumat verilib.Lahor Universiteti İdarə Heyətinin sədri Üveys Rauf universitetlər arasında əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə töhfə verəcəyini bildirib. O, müəllimlərə və tələbələrə təqaüdlərin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının, elmi-tədqiqat və texnoloji inkişaf proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə məsələlərinə toxunub, müxtəlif mövzularda seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətdə gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini qeyd edib. Qeyd edək ki, Lahor Universiteti Pakistanın ən böyük ali məktəblərindəndir. Universitetin 5 filialı, 11 fakültəsi və 40 mindən çox tələbəsi var.xeber100.com

Sentyabr 1, 2021 09:48