Çinin “AliExpress” qlobal ticarət platforması Rusiyada avtomobillərin onlayn satışına başlayır.Azərtac xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, satışlara martın 5-dən başlanır. İlk olaraq “Chery” avtomobilləri satışa çıxarılacaq. “AliExpress”də onlayn mağazasını açan “Chery” şirkəti “Chery Tiggo” 3, 4, 5 və 7 modellərini, eləcə də avtomobil hissələri və aksessuarlar təklif edəcək. İlkin mərhələdə Çində yığılan avtomobillər satışa çıxarılacaq. Sonrakı mərhələdə “Chery” avtomobillərinin Rusiyada yığılması nəzərdə tutulub.Ötən il Rusiyada Çin avtomobillərinin satışı cəmi 2 faiz təşkil edib. Ən çox satılan Çin avtomobilləri isə “Chery Tiggo” və “Lifan” olub.Ekspertlərin fikrincə, “AliExpress”in yeni platforması ənənəvi avtomobil dilerləri ilə rəqabət aparacaq. Lakin sürücülərin texniki xidmətlər, təmir və “test-drayv” ehtiyaclarını nəzərə alsaq, bu rəqabətin güclü olacağı ehtimal edilmir.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
Heydər Əliyev – 93
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq