Almaniyada 5G texnologiyasını dəstəkləyən antena quraşdırılacaq

28 Avqust 2019 14:42

Xəbər 247 dəfə oxunub

Cari ilin sonunadək Almaniyanın 100-dən artıq yerində 5G texnologiyasını dəstəkləyən 300-dək antena quraşdırılacaq.Azərtac xəbər verir ki, bu barədə “Deutsche Telekom”un Direktorlar Şurası bəyan edib. Şəbəkə ilin sonunadək Almaniyanın 20 iri şəhərini əhatə etməlidir.Cari ilin iyun ayının ortalarında yeni mobil standartının tezliyi üzrə satış hərraclarında “Deutsche Telekom”, “Vodafone”, “Telefonica” və “United Internet” şirkətləri iştirak ediblər.Bununla yanaşı, 5G şəbəkəsində Çinin “Huawei” telekommunikasiya konserninin avadanlığından istifadə olunması barədə qərar informasiya təhlükəsizliyi səbəbindən indiyədək qəbul edilməyib.xeber100.com

“South China Morning Post” qəzetinin məlumatı

XR Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer avqust ayında Çin-Amerika ticarət sazişinin ilk mərhələsi üzrə əldə edilən aralıq nəticələri və gələcək addımları müzakirə etməyi planlaşdırır.“South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, danışıqlar yarım ildə bir dəfə yüksək səviyyədə keçiriləcək mütəmadi məsləhətləşmələr barədə sazişə uyğun hazırlanır. Tərəflər sənədin imzalandığı dövrdən bəri əldə olunan irəliləyişi qiymətləndirəcək.Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp pandemiya fonunda Pekinlə ikitərəfli ticarət sazişinin əhəmiyyətinin azaldığını bildirib. O, eyni zamanda, Çinin Amerika istehsalı olan kənd təsərrüfatı məhsullarını rekord həcmdə almağa başladığını qeyd edib.Rəsmi statistikaya əsasən, yanvar ayından iyunadək ÇXR və Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi illik əmsalda 9,7 faiz azalaraq 233,98 milyard dollar təşkil edib. Çindən ABŞ-a ixrac həcmi 11.1 faiz aşağı düşərək 177,55 milyard dollara, Amerika məhsullarının idxalı isə 4,8 faiz azalaraq 56,43 milyard dollara enib.Qeyd edək ki, yanvarın 15-də Vaşinqtonda ABŞ və Çin arasında ticarət sövdələşməsinin ilk fazası üzrə saziş əldə olunub. Sənədi Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin Baş Nazirinin müavini Lü He imzalayıb. Donald Trampın sözlərinə görə, saziş ticarət defisitini aradan qaldırmağa imkan verəcək.xeber100.com

İyul 25, 2020 19:09

Böyük Britaniyada “5G” şəbəkəsi qurulacaq

Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (“5G”) yaradılmasına kömək üçün Yaponiyaya müraciət edib.Xarici KİV xəbər verir ki, Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan olunacaq.Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla Birləşmiş Ştatlar korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib.xeber100.com

İyul 20, 2020 17:08

Çinin “Huawei” şirkətinə qadağa qoyulub

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında iştirakını rəsmən qadağan edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qəbul edilmiş qərara görə, hazırda quraşdırılmış “Huawei” şəbəkə avadanlığı “5G” şəbəkəsindən çıxarılacaq, rabitə operatorlarına isə 2021-ci ilin yanvarından etibarən Çin istehsalçısından yeni “5G” telekommunikasiya avadanlığının alışı qadağan ediləcək.Bildirilir ki, Britaniya operatorlarına “5G” infrastrukturundan avadanlığın ləğv edilməsinə 7 il möhlət verilib. Avadanlığın demontaj və dəyişdirilməsinin təxmini dəyəri 2 milyard funt sterlinq təşkil edir.Qərar Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Huawei” şirkətinin Britaniya milli infrastrukturunda rolu haqqında yeni hesabat dərc edildikdən sonra qəbul olunub. Qəbul edilmiş qərar hökumətin yanvarda bəyan edilən mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, o zaman “Huawei” avadanlığından Britaniyanın “5G” infrastrukturunda bir sıra məhdudiyyətlərlə istifadəsinə icazə verilib.Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden qərarın ölkədə “5G” şəbəkəsinin qurulmasını yubadacağı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bundan başqa, hökumət rabitə operatorlarına genişzolaqlı internet üçün “Huawei” avadanlığının alışından imtina etməyi tövsiyə edib.xeber100.com

İyul 15, 2020 23:40

“5G” tezliyinin istifadəsi ilə bağlı hərrac keçiriləcək

Qonşu ölkələrlə müqayisədə Fransanın iqtisadi cəlbediciliyinə “5G”nin yerləşdirilməsi məsələsində bəzi yeni ekologiya tərəfdarları olan merlər bu texnologiyaya moratorium tətbiq edilməsinə çağırışlar edirlər. Bu merlər sonuncu nəsil mobil telefonun xüsusilə sağlamlığa və ətraf mühitə təsirinə dair potensial təhlükələr olmasını bildirirlər.Azərtac xəbər verir ki, bu barədə mobil telefon operatoru “Free”nin baş direktoru yerli mətbuata bildirib. O, “5G” texnologiyasının sağlamlığa, eləcə də ətraf mühitə zərərli olmasına dair dəlilləri təkzib edib.Deyib ki, “5G”nin sağlamlığa və ətraf mühitə heç bir mənfi təsiri yoxdur. Əksinə, “5G” texnologiyası daha az enerji sərf edir.Vurğulayıb ki, “5G” daha sürətli mobil yükləmə və gecikmə hallarının əhəmiyyətli dərəcədə azalmasını vəd edir. Maraqlı operatorlara “5G” tezliyinin verilməsi ilə bağlı sentyabrın 20-dən 30-dək hərrac keçiriləcəyi diqqətə çatdırılıb. Fransada “5G”yə moratorium ideyası hökumət tərəfindən dəfələrlə rədd edildiyi bildirilib.Xatırladaq ki, COVID-19 pandemiyası başlayanda insanlar onun “5G “texnologiyasından yarandığını düşünərək Birləşmiş Krallıq, Niderland kimi bir neçə Avropa ölkəsində “5G” antenalarını yandırmışdılar.xeber100.com

İyul 9, 2020 20:21