Altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq ediləcək

7 Yanvar 2020 11:07

Xəbər 202 dəfə oxunub

Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.Azərtac Finlandiya KİV-lərinə istinadla bildirir ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: “Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”.Qeyd edək ki, Sanna Marin Baş Nazir vəzifəsindən əvvəl Finlandiyanın Nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00