AMEA-nın Dilçilik İnstitutu müsabiqə elan edib

6 Mart 2020 13:49

Xəbər 65 dəfə oxunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.İnstitutdan Azərtac-a bildirilib ki, vakant yerlər müəssisənin Terminologiya şöbəsinə böyük elmi işçi, Nəzəri dilçilik şöbəsinə baş elmi işçi, Azərbaycan dialektologiyası şöbəsinə böyük elmi işçi və Türk dilləri şöbəsinə elmi işçi vəzifələrinə 1 yerdir.Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.xeber100.com

Milli Elmlər Akademiyası distant tədris təşkil edəcək

Azərbaycan ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb.Akademiyadan Azərtac-a bildirilib ki, sərəncama əsasən AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant (məsafədən) təhsilin təşkil edilməsi nəzərdə tutulub. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyətinə öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında həyata keçirmələri tövsiyə olunub. Həmçinin magistrantların distant tədris zamanı müvafiq fənlərin öyrənilməsində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi, sərbəst işlər və kollokviumların onlayn rejimdə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilib.xeber100.com

Mart 30, 2020 18:50

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, qəbul imtahanı üçün ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra kabinetin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 27-si saat 23:59-dək müvafiq səhifəyə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.Fevralın 27-si saat 11:20-yə olan məlumata əsasən 1209 namizəd (Azərbaycan bölməsi - 1074; rus bölməsi – 135) ərizəsini təsdiq edib. İmtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 19-da keçiriləcək.Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar.Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olanlar fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq (bax: “Rezidentura” jurnalı, N 1, 2020, səh. 2).Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.xeber100.com

Fevral 27, 2020 13:34

2020/2021-ci tədris ili üçün ərizə qəbulu davam edir

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında abituriyentlərin ərizə qəbulu davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet vasitəsilə aparılır. Xatırladaq ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.xeber100.com

Fevral 24, 2020 13:45

2020/2021-ci tədris ilinin qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.DİM-dən Azərtac-a bildirilib ki, ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesaba əlavə edir. Bunun üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları “Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisasları seçə bilərlər.Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Tədrisi ingilis (alman) dilində olan ixtisasların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.Xatırladaq ki, qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Onlar iyunun 8-dən 18-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisasları seçib təsdiq etməlidirlər.xeber100.com

Fevral 3, 2020 11:43

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin semestri davam edir

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestri davam edir.BDU-dan Azərtac-a bildiriblər ki, rektor Elçin Babayevin imzaladığı əmrə əsasən, imtahan sessiyasının keçirilməsi üzrə qərargah yaradılıb. Qərargah payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mənfi halları operativ surətdə aradan qaldırmaq məqsədilə təşkil olunub. 19 nəfər üzvü olan qərargaha universitetin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov sədrlik edir.Tələbələr imtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə əlaqədar müvafiq olaraq qərargaha müraciət edə bilirlər. Onların göndərdiyi bütün müraciətlərə operativ qaydada baxılır.“Qaynar xətt” xidməti isə qərargaha daxil olan şikayətlərin, təklif və məlumatların hərtərəfli, obyektiv və operativ araşdırılması üçün yaradılıb. Bu məqsədlə qərargahda xüsusi telefon xətti fəaliyyət göstərir. Elektron poçt vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Universitetin əsas binasında və digər tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular yerləşdirilib. Həmçinin apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edir.Ümumiyyətlə BDU-da imtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün geniş imkanlar yaradılıb.İmtahanlar yanvarın 31-də başa çatacaq.xeber100.com  

Yanvar 14, 2020 13:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində metodologiya təlimlərinə başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, metodologiya təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.“British Council” təşkilatı tərəfindən aparılan təlimlər Beynəlxalq Aptist İmtahanının nəticələrinə əsasən Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində keçirilir.Metodologiya təlimləri boyunca müəllimlər peşəkar görüşlərdə də iştirak edirlər. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi BŞTİ və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Uğur üçün tədris” layihəsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarını təkmilləşdirmək, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqini təkmilləşdirmək, müəllimlərin ingilis dilində danışıq səriştəsini artırmaq, beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.xeber100.com

Yanvar 8, 2020 10:00