“American Airlines” aviaşirkəti uçuşları bərpa edəcək

10 Oktyabr 2019 14:23

Xəbər 78 dəfə oxunub

ABŞ-ın “American Airlines” aviaşirkəti bəyan edib ki, 2020-ci il yanvarın 16-dan etibarən “Boeing 737 MAX” təyyarələri ilə aviareyslər bərpa ediləcək. Şirkətin təmsilçisi bildirib ki, bunun üçün proqram təminatının iki modifikasiyasının cari ilin sonunadək təsdiq olunması gözlənilir.Azərtac xəbər verir ki, “American Airlines” 2018-ci ilin oktyabrında və 2019-cu ilin martında iki “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasından sonra federal tənzimləyici orqanların bu təyyarələrlə uçmağı qadağan etdiyi üç Amerika şirkətindən (digər ikisi “United Airlines” və “Southwest” şirkətləridir) biridir. Həmin qəzalarda 346 sərnişin həlak olmuşdu.ABŞ-ın Federal Aviasiya İdarəsi “Boeing” şirkəti, habelə beynəlxalq təşkilatlar və aviasiya sahəsində texniki ekspertlər qrupu ilə “Boeing 737 MAX” təyyarələrinin istismara qaytarılması istiqamətində iş aparır. İyunda şirkətin rəhbərliyi həmin təyyarələrin proqram təminatının yenilənməsi və mühəndis-sınaq uçuşlarının həyata keçirilməsi barədə bəyanat yayıb.xeber100.com

13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.Azərtac xəbər verir ki, konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verib.Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışıb.Digər çıxış edənlər dünyada və regionda gedən proseslərdən söz açıb, qloballaşan dünyada təhlükəsizliyin təmin olunmasında irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin rolu barədə fikirlərini bölüşüblər.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin birinci katibi Sərxan İsmayılov təmsil edirlər.Polkovnik-leytenant Fuad İbrahimov konfransda iştirak edən həmkarları ilə keçirdiyi görüşlərdə Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib.xeber100.com  

Noyabr 6, 2019 12:42

Türkiyə və Rusiya Suriyada ikinci patrula başlayıb

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıb.Rusiya KİV-ləri xəbər verir ki, ilk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.Xatırladaq ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, - Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı belə deyib.xeber100.com

Noyabr 5, 2019 14:29