Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin məlumatına əsasən…

16 Dekabr 2021 20:43

Xəbər 518 dəfə oxunub

Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) məlumatına əsasən Parker zondu Günəş tacına daxil olub.Bu barədə məlumat AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yayımlanıb.NASA-nın elmi işlər üzrə direktor müavini Tomas Zurbuxen bildirib ki, Parker zondunun Günəş atmosferinə daxil olması kosmosun tədqiqatı sahəsində çox böyük nailiyyətdir.Alimlər Parker kosmik gəmisi vasitəsilə Günəş tacındakı maqnit sahəsini və plazma nümunələrini ölçməyə çalışırlar. Orada isə temperatur təxminən 500 min dərəcə selsi, hətta daha yüksək ola bilər. Zond tərəfindən toplanan məlumatlar Günəş tacının temperaturuna təsir edən amilləri öyrənmək, həmçinin kosmosda radiasiya vəziyyətini proqnozlaşdırmaq üçün böyük elmi əhəmiyyət kəsb edəcək.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik zondun Günəş atmosferinə daxil olmasının nə kimi elmi yeniliklərə yol açacağı ilə bağlı şərh verib. Alim bu məsələnin əhəmiyyətini vurğulayaraq “Parker zondunun ilk dəfə Günəşə bu qədər yaxınlaşaraq onun tacındakı fiziki şəraiti öyrənməsi astrofizikanın klassik problemi olan tacın qızma səbəblərinin və Günəş küləyinin generasiya mexanizminin aydınlaşdırılmasına imkan verəcək” – deyib. Namiq Cəlilov qeyd edib ki, Günəş küləyi Yerin eko-, bio- və texno- sistemlərinə təsir edən əsas amil olduğundan, bu məsələnin həlli proqnozlaşdırma üçün çox vacibdir.xeber100.com

BMT-nin Baş katibi sankiyaları aradan qaldırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-ı İrana qarşı tətbiq etdiyi sankiyaları aradan qaldırmağa çağırıb.Bu barədə İranın İRNA agentliyi xəbər verib. Baş katib İranın dünya bazarına neft çıxarmasına icazənin verilməsini də istəyib. O ABŞ və İrana müraciət edərək danışıqları bərpa etməyə çağırıb və bu prosesdə razılaşmanın faydalı olacağını bildirib.Nəzərə çatdıraq ki, iyunun 30-da BMT Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək. Bu iclasda İranın “Nüvə proqramı” məsələsinə baxılacaq.Xatırladaq ki, 2015-ci ildə İranla ABŞ arasında imzalanan razılaşma BMT tərəfindən təsdiq edilmişdi. Lakin buna baxmayaraq, ABŞ həmin dövrdə birtərəfli qaydada müqavilədən çıxaraq, sanksiyaları nəinki qüvvədə saxladı, həmçinin sanksiyalar siyahısına daxil olan İrana aid şirkət, fiziki və hüquqi şəxslərin adlarını artırdı. Müqaviləyə əsasən, İran nüvə proqramını məhdulaşdıracaq, ABŞ isə bunun müqabilində saksiyaları aradan qaldıracaqdı.İran mətbuatı BMT Baş katibinin ABŞ-a müraciətini və məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını rəsmi Tehranın diplomatik qələbəsi kimi təqdim edir. Lakin bu qələbənin nədən ibarət olduğunu açıqlanmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın “Nüvə proqramı” məsələsi dəfələrlə BMT Təhlükəsizlik Şurasında müzakirə olunsa da, heç nə dəyişməyib. ABŞ sanksiyaların tətbiqini, İran isə uranı zənginləşdirməkdə davam edib.Onu da qeyd etmək lazımdır ki, bu gün İranın xarici işlər nazirinin müavini, ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Əli Bageri Qətərin paytaxtı Doha şəhərinə gedib. Hazırda o, Dohada ABŞ nümayəndələri ilə danışıqların bərpa olunmasını müzakirə edir. Qətərə yola düşərkən Ə.Bageri jurnalistlərə bildirib ki, danışıqlar bərpa olunacaq.xeber100.com

İyun 28, 2022 15:45

Parlamentlərarası dostluq qrupu təsis edilib

Əlcəzair Milli Xalq Məclisində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.Qrupun ilk iclasında Əlcəzair Milli Xalq Məclisinin sədr müavini Munzer Boden, Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Ğarbi Abdelbaset, millət vəkilləri və Əlcəzair Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya idarəsinin rəis müavini Lounas Taazibet, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov iştirak ediblər.İclasda çıxış edənlər Əlcəzair və Azərbaycan arasında əlaqələrin inkişafında parlamentarilərin rolu, iki dost ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Əlcəzairin millət vəkilləri azərbaycanlı həmkarları ilə birgə tədbirlərin, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini də qeyd ediblər.Parlamentlərarası dostluq qrupunun ilk iclasında iştirakından məmnunluğunu ifadə edən R.Bağırov ölkəmizin inkişafı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə millət vəkillərinə ətraflı məlumat verib. Azərbaycanın diplomatik nümayəndəliyinin iki dost ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı istiqamətində hər cür dəstək göstərəcəyini qeyd edən diplomat, parlamentlərarası dostluq qrupunun üzvlərinə uğurlar arzulayıb.xeber100.com  

İyun 27, 2022 12:39