“ANA Cargo” şirkəti birbaşa reyslərin icrasına başlayıb

20 May 2020 09:49

Xəbər 37 dəfə oxunub

Çinin koronavirusdan zərərçəkmiş Uxan şəhərində zavodların fəaliyyəti bərpa edildikdən sonra buradan Tokionun yaxınlığında yerləşən “Narita” aeroportuna ilk yük təyyarəsinin uçuşu həyata keçirilib.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Çində koronavirus epidemiyasının mərkəzi hesab edilən Uxan şəhəri iki aydan çox bir müddət ərzində qapalı vəziyyətdə qalıb. Burada zavodların fəaliyyəti aprelin 8-də, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bərpa olunub.“All Nippon Airways” şirkətinin filialı olan “ANA Cargo” mayın 19-dan “Narita” ilə Uxan arasında birbaşa qeyri-müntəzəm yük reyslərinin icrasına başlamaq qərarına gəlib. Göyərtəsində 20 ton müxtəliflər yük – tibbi maskalar, avtomobillər üçün ehtiyat hissələri və digər elektron komponentlər olan ilk təyyarə dünən axşam saatlarında “Narita” aeroportuna enib.Bu reyslərin Uxan ilə Şanxay arasında yük daşımalarında yaranmış qarışıqlığı aradan qaldırmağa yardım edəcəyi gözlənilir.“ANA Cargo”nun icraçı direktoru Katsube Akio bildirib ki, şirkət ehtiyac duyulduğu təqdirdə reysləri davam etdirməyə hazırdır.

“Mainichi Shimbun” qəzetinin apardığı sorğunun nəticələrinə görə…

Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökumətinin reytinqi 27 faizə düşüb.Azərtac xəbər verir ki, bu barədə mayın 23-də “Mainichi Shimbun” qəzeti apardığı sorğunun nəticələrinə görə məlumat yayıb.Qeyd edilir ki, buna qədər mayın 6-da keçirilən sorğu zamanı hökumətin reytinqi 40 faiz təşkil edib.Son sorğunun nəticələrinə görə hökumətə inamsızlıq 45 faizdən 64 faizə qalxıb. Bunun əsas səbəbi kimi son günlər Tokionun baş prokuroru Hiroma Kurokava ətrafında qalxan qalmaqal göstərilir. Baş Nazir Ş.Abe ilə sıx münasibətlərə malik olduğu deyilən H.Kurokava milli prokurorluq sistemində ikinci şəxs, ölkənin baş prokuroru vəzifəsinə əsas namizəd hesab edilirdi.H.Kurokava ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü və hökumətin insanlar arasında təması 70-80 faiz azaltmağa çalışdığı bir vaxtda tanış jurnalistin evinə gedərək onunla qumar oynamaqda ittiham olunur. Həmin vaxt orada digər jurnalistlərin də olduğu və onların da pul ilə maconq oyununa qatıldığı bildirilir.Məsələ burasındadır ki, Yaponiyada qumar oyunu qanunla qadağandır. Bununla yanaşı, belə görüşlərin son üç ildə ayda iki-üç dəfə təşkil edildiyi də məlum olub. Bu oyun zamanı bir məzənnənin 20 min yen (təqribən 185 dollar) təşkil etdiyi də bildirilir.Bu qalmaqalı qızışdıran daha bir məqam isə hadisənin parlamentdə prokurorluq haqqında qanuna düzəlişlərin müzakirə edilməsi ilə eyni vaxta düşməsidir. Müxalifətin bu məsələdə qabartdığı bənddə yaş həddinin artırılması göstərilir. Həmin partiyalar bildirirlər ki, qanuna düzəlişdə məqsəd hökumətə yaxın olan H.Kurokavanın ölkənin baş prokuroru vəzifəsinə yerləşdirilməsi olub.xeber100.com

May 24, 2020 22:04

COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq kompaniyası testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.Azərtac Britaniya KİV-lərinə istinadla xəbər verir ki, kompaniya azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.“Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə kompaniyanın rəhbəri Paskal Sorio bildirib.ABŞ hökuməti koronavirus əleyhinə peyvənd hazırlanması üçün “AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyunda bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.xeber100.com

May 23, 2020 20:54