Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

17 Aprel 2022 15:28

Xəbər 182 dəfə oxunub

Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin ölkənin Nabire şəhərindən 273 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi qeyd edilib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com