Associated Press agentliyinin məlumatı əsasında…

11 Sentyabr 2022 14:52

Xəbər 178 dəfə oxunub

Papua-Yeni Qvineyanın şərqindəki Morobe əyalətində zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 3 nəfər həlak olub.Associated Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.Məlumata görə, təbii fəlakət nəticəsində yaralananlar da var. Bir neçə tibb mərkəzi, binalar və yollar zədələnib. Digər təfərrüatlar barədə məlumat verilməyib.Hazırda zəlzələnin vurduğu ziyanın miqyasının qiymətləndirilməsi üzrə işlər aparılır.Avropa Aralıq Dənizi seysmoloji mərkəzinin məlumatına görə, bazar günü Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ada dövlətin paytaxtı Port Morsbi şəhərindən 348 kilometr şimal-qərbdə yerləşib.xeber100.com