Assosiated Press: Frankfurtda 170-dən çox reys ləğv olunub

19 Dekabr 2022 14:21

Xəbər 178 dəfə oxunub

Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt aeroportunun işi buzlanma səbəbindən pozulub. Assosiated Press agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər saatlarında Frankfurt aeroportunda 176 aviareys ləğv edilib. Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu günə ümumilikdə təxminən 1,1 min uçuş planlaşdırılır. Yeni ləğvetmə və gecikmə halları istisna olunmur. Səyahətçilərə uçuşların statusunu əvvəlcədən öyrənmək tövsiyə edilir. Aeroportun mətbuat xidməti, eyni zamanda, bildirib ki, hələlik uçuşların tam dayandırılması nəzərdə tutulmur.xeber100.com