Avropa İttifaqı İstanbulda forum keçirməyi planlaşdırır

24 Yanvar 2023 13:34

Xəbər 111 dəfə oxunub

Avropa İttifaqı (Aİ) fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirmək planlaşdırır. Bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib.

Onun sözlərinə görə, bu tədbirə Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi nəzərdə tutulur. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

“Görüş Aİ tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər”, – deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.xeber100.com