Avropa İttifaqı İtaliyaya 21 milyard avro vəsait ayırıb

16 Aprel 2022 19:02

Xəbər 71 dəfə oxunub

Avropa İttifaqı (Aİ) İtaliyaya 21 milyard avro vəsait ayırıb.Bu vəsait İtaliya ilə bağlı milli bərpa və dayanıqlılıq planı üzrə ilk hissənin ödənişidir.Həmin məbləğin 10 milyard avrosu geri qaytarılmayan qrantlar və 11 milyard avrosu isə kreditlər şəklində verilib.Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Mario Draqiyə ünvanlandığı məktubda İtaliyanın bərpa və dayanıqlıq planının tam şəkildə həyata keçirilməsi üçün əməkdaşlığı növbəti illərdə də davam etdirməyə hazır olduğunu bildirib.Qeyd edək ki, İtaliya hökuməti pandemiya dövründə artan enerji xərclərinin ev təsərrüfatlarına və şirkətlərə təsirini azaltmaq üçün 16 milyard avrodan çox vəsait xərcləyib.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13