Avropa İttifaqı Şurası Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib

11 Dekabr 2022 19:11

Xəbər 156 dəfə oxunub

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.Bu barədə qurumun saytında məlumat verilib.Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.xeber100.com