Avropa Parlamenti 18 milyard yardım ayrılmasını təsdiqləyib

24 Noyabr 2022 15:00

Xəbər 114 dəfə oxunub

Avropa Parlamenti 2023-cü ildə Kiyevə 18 milyard avro həcmində makromaliyyə yardımı ayrılmasını təsdiqləyib.Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola özünün tviter hesabında yazıb.“Avropa Parlamenti Ukraynaya 18 milyard avro yardımın ayrılmasını təsdiqləyib. Kiyevə dəstəyimiz artır”, – deyə Roberta Metsola səsvermədən sonra bildirib.Hazırda Kiyev Brüssel tərəfindən bu ilin yayında təsdiqlənən 9 milyard avro həcmində makromaliyyə yardımı proqramı çərçivəsində dəstək alır. Bu vəsaitin 5,5 milyardı artıq Ukraynaya təhvil verilib, daha 500 milyon avro dekabr ayında ayrılacaq. Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskisin sözlərinə görə, proqramın qalan 3 milyard avroluq hissəsi isə gələn ilin kredit paketinə daxil ediləcək.xeber100.com