Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb

21 İyun 2021 15:02

Xəbər 102 dəfə oxunub

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 21-də hibrid formatda işə başlayıb.Azərtac xəbər verir ki, yay sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar iştirak edəcəklər.AŞPA yay sessiyasında qurumun Büro və Daimi komitələrinin hesabatı, Nazirlər Komitəsinin məlumatı, eləcə də cari ilin aprelində Bolqarıstan və Albaniyada keçirilmiş parlament seçkilərində müşahidələrin nəticələri dinləniləcək. Sessiya çərçivəsində İstanbul Konvensiyası adlanan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya”nın 10 illiyi qeyd ediləcək. AŞPA prezidenti Rik Daemsin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə 2016-cı il Vaclav Havel İnsan Hüquqları Mükafatı və 2018-ci il Nobel Sülh Mükafatı laureatı Nadya Murad, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Belçikanın Baş naziri Aleksander de Kroo, Rumıniya Senatının sədri Anka Dana Draqu, Fransanın gender bərabərliyi, müxtəliflik və bərabər imkanlar naziri Elizabet Moreno və BMT-nin Qadına qarşı zorakılıq, səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Dubravka Şimonoviçin çıxışları gözlənilir.xeber100.com

Rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko ilə görüş olub

"Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir"... Azərtac xəbər verir ki, bu fikirləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib. Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: “Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir”. Azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür - deyən Şevçenko fikrini belə davam etdirib: “Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir”.Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: “Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir”.xeber100.com  

Noyabr 26, 2021 14:52

Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir

Noyabrın 16-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edir. Parlamentin noyabrın 16-dan 18-dək keçiriləcək iclaslarının gündəliyinə 24 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 5. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş); 8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 11. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 16. Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 17. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 19. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 20. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 21. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 22. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 23. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında; 24. Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında.xeber100.com

Noyabr 16, 2021 11:18

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib.Azərtac xəbər verir ki, iclasın gündəliyində 12 məsələ müzakirə olunub. 1. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Oktyabr 29, 2021 15:14

Milli Məclis payız sessiyasının qanunvericilik işləri planını təsdiqləyib

Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Azərtac xəbər verir ki, bu, parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, iş planına 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; 3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri; 4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; 5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; 6. “Lombardlar haqqında” qanun layihəsi; 7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; 8. “Ali təhsil haqqında” qanun layihəsi; 9. “Turizm haqqında” qanun layihəsi; 10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi; 11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi. 12. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri. Parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.xeber100.com

Sentyabr 30, 2021 14:12

Azərbaycan-Latviya münasibətləri müzakirə olunub

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycanın bu ölkədəki sabiq səfiri Cavanşir Axundovla görüşüb.Azərtac xəbər verir ki, görüşdə İnara Murnietse Latviya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.Azərbaycana son səfərini və Prezident İlham Əliyev, habelə Milli Məclisin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan İnara Murnietse ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.İki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən İ.Murnietse parlamentlərarası dostluq qruplarının sıx əməkdaşlıq etdiyini bildirib.İnara Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndiyini qeyd edib, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıb. O ümid etdiyini bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan Saziş üzərində iş yaxın vaxtlarda başa çatacaq.Həmçinin Latviyanın iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu deyən parlamentin sədri bu baxımdan Latviya və Azərbaycanın işgüzar dairələri arasında təmasların əhəmiyyətini vurğulayıb.Cavanşir Axundov Azərbaycanla Latviya arasında konstruktiv dostluq əlaqələrinin qurulduğunu qeyd edib, ölkələrimiz arasında imzalanmış razılaşmaların, yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.Vətən müharibəsi dövründə Latviya tərəfinin ölkəmizin haqq səsinə, ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən C.Axundov bunun ikitərəfli əlaqələrimizin yüksək səviyyəsindən xəbər verdiyini bir daha qeyd edib.xeber100.com

Avqust 7, 2021 21:21