Avstraliyada parlamentə ümumi seçkilərdə erkən səsvermə başlayıb

9 May 2022 15:09

Xəbər 190 dəfə oxunub

Mayın 9-da bazar ertəsi günü Avstraliyada parlamentə ümumi seçkilərdə erkən səsvermə başlayıb.Avstraliyanın Mərkəzi Seçki Komissiyası (MİK) xəbər verir ki, seçkilər mayın 21-dək davam edəcək. Həmin gün seçici bülletenlərinin təqdimatı üçün əsas və son gün olacaq.MİK-dən qeyd edilib ki, erkən səsverməyə qatılmaq istəyən seçicilər üçün bütün ölkə üzrə 500 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin seçki məntəqələri hər gün saat 8:00-dan axşam 18:00-dək açıq olacaq.MİK-in məlumatına əsasən, cari ildə keçirilən parlament seçkilərində 17,2 milyon seçicinin iştirakı gözlənilir ki, bu da ümumi seçicilərin 96,8 faizini təşkil edir. Onların parlamentin nümayəndələr palatasına 151 deputatı və 76 senatordan 40-nı seçəcəyi qeyd edilir.Seçkilərin keçiriləcəyi əsas gündə isə ölkə üzrə 8 min seçki məntəqəsinin açılacağı bildirilir. Həmin məntəqələrdə 105 min könüllünün çalışacağı qeyd edilir.Həmçinin həmin gün xaricdə olan avstraliyalıların diplomatik nümayəndəliklərdə və konsulluqlarda açılacaq 109 seçki məntəqəsində səs verəcəyi də əlavə edilir.xeber100.com