Türkiyənin erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş “Şəhidlər”, “Bilə bildiyin qədər” kimi şeirlərinin yayımına başlayıb.Azərtac xəbər verir ki, 2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…