Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

1 Avqust 2022 13:37

Xəbər 146 dəfə oxunub

Avqustun 1-də Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlardan danışın, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib.Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva XX əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirib. Tədbirdə Ana dilimizi tərənnüm edən şeirlər səslənib və “1 avqust – Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgiyə baxış keçirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanaraq ictimaiyyətə təqdim olunub.xeber100.com

 

8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.Nazirlikdən bildirilib ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.Eyni zamanda, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.Sərgiyə giriş ödənişsizdir.xeber100.com

Sentyabr 22, 2022 10:00

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Avqustun 1-də Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlardan danışın, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib.Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva XX əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirib. Tədbirdə Ana dilimizi tərənnüm edən şeirlər səslənib və “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgiyə baxış keçirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanaraq ictimaiyyətə təqdim olunub.xeber100.com  

Avqust 1, 2022 13:37

Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 26-dan 28-dək Bakı şəhərində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.Bu barədə Azərtac-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq. Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.

May 10, 2022 14:59

Milli kitabxanaları arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Qətər Beynəlxalq Kitab sərgisində Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.Milli Kitabxanadan bildirilib ki, görüşdə Kərim Tahirov hər iki dost ölkə arasında mövcud olan sıx əlaqələrə rəğmən 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memoranduma müvafiq olaraq informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Qətər Milli Kitabxanasında Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsində guşənin rolunu vurğulayan direktor belə bir imkanın yaradılması üçün hər iki kitabxanada Azərbaycan və Qətərə dair guşənin yaradılmasını təklif edib.Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə məmnuniyyətlə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlər görəcəyinə söz verib.Tarix üzrə fəlsəfə doktoru Akif Marifli Qətər kitab sərgisinin və Milli Kitabxananın ekspozisiyasının möhtəşəmliyindən və iştirakçıların çoxluğundan söz açıb və Qətər Milli Kitabxanasını gələn il Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.Görüşün sonunda K.Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından, “Nizami yurdu Gəncə”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı”nı, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları”, “Azərbaycanın qadın ziyalıları” və digər kitabları hədiyyə edib.Görüşdən sonra xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış edib.xeber100.com

Yanvar 15, 2022 11:35

Kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası başlayıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işğaldan azad olunan bölgələrdəki 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası davam edir.Azərtac xəbər verir ki, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir ziyalımız, yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz olub.Milli Kitabxananın direktoru Kərim Tahirov bu humanist aksiyaya qoşulduğu üçün Yunus Oğuza öz təşəkkürünü bildirərək bütün Azərbaycan ictimaiyyətinə, ziyalılarımıza, həmçinin İLESAM türk təşkilatına da müraciət edərək bu nəcib çağırışda iştiraka səsləyib.Yunus Oğuz Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək şəxsi kitabxanasından ilkin olaraq 300 nüsxə müəllifi olduğu kitablarını – “Çingiz xan”, “Nadir şah”, “Əmir Teymur” və s. işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladığını söyləyib. O, bütün Azərbaycan ziyalılarına, Azərbaycan Yazıçılar Birliyinə, yazıçı və şairlərə, alimlərə, kitab mağazalarına, eləcə də bütün kitabsevərlərə, gənclərə müraciət edərək bu humanist çağırışa qoşulmağa çağırıb.xeber100.com

Yanvar 25, 2021 13:37

“20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Hüseyn Cavidin ev-muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib.Muzeydən Azərtac-a bildirilib ki, tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tədbirdə Azərbaycan xalqının igid oğul və qızlarının 20 Yanvar hadisələri zamanı göstərdiyi şücaətdən və vətəndaşlarımıza qarşı törədilmiş qətliamdan danışıb. Bu tarixin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığı qeyd edilib.Alim vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib. O, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində mənfur düşmən üzərində qazanılan qələbədən də söz açıb. Bu mühüm hadisənin müstəqillik tariximizin şanlı səhifəsi olduğunu, qəhrəman əsgər və zabitlərimizin 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdiyini vurğulayıb.Tədbirdə muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva, Fəridə Azadova, Nailə Məmmədli sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəsinin ilk və önəmli hadisəsi olduğunu qeyd ediblər. Çıxışçılar məhz bu hadisənin Azərbaycan xalqının müstəmləkə rejimi ilə heç zaman barışmayaraq milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu nümayiş etdirdiyini deyiblər. Bildiriblər ki, Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər də bunu bir daha sübut edir.Sonda “20 Yanvar xalqımızın qürur tarixinin ilk səhifəsidir” adlı sərgi muzeyin rəsmi “Facebook” şəbəkəsi vasitəsilə canlı yayımlanaraq tədbir iştirakçılarına təqdim olunub.xeber100.com

Yanvar 19, 2021 14:21