Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

24 İyun 2022 14:02

Xəbər 44 dəfə oxunub

Badmintonçularımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “Future” seriyalı “Croatia Open-2022” turnirində çıxış edib. Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Aqil Qəbilov ilk görüşündə İslandiya təmsilçisi Gabriel İngi Helgasona 2:0 hesabı ilə qalib gəlib. Aqil Qəbilov ikinci görüşündə İngiltərə badmintonçusu Heng Lin Ngana 0:2 hesabı ilə uduzub.Təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Emran Safinə (Finlandiya) 2:0 hesabı ilə qalib gələn Cahid Əlhəsənov növbəti mərhələdə Sinqapur idmançısı Jun Hui Markusa 0:2 hesabı ilə məğlub olub.Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan Era Maftuha turnirin səkkizdəbir finalına yüksəlmək uğrunda keçirilən görüşdə Thi AnhThuya (Vyetnam) 0:2 hesabı ilə uduzub.Kişi badmintonçuların qoşa yarışında Cahid Əlhəsənov-Amri Khadafi tandemi fransalı Nikolas Hoareau-Aymerik Tores qoşasına 0:2 hesabı ilə məğlub olub.xeber100.com

“Neftçi” futbol klubu UEFA Konfrans Liqasında növbəti qələbəsini qazanıb

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasında növbəti qələbəsini qazanıb.Bakı təmsilçisi turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib."Neftçi"nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar."Rapid"in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Qvido Burqştaller, Aleksa Peyiç, Mixael Sollbauer, Martin Kostselnik, Yonas Auer, Marko Qrüll, Morits Osvald, Ante Bayiç və Bernhard Zimmerman çıxıblar.Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi oyunda hesabı "Neftçi" komandası açıb. Oyunun 44-cü dəqiqəsində israilli yarımmüdafiəçi Ataa Caber baxımlı qola imza atıb. Komandamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.İkinci hissəyə daha fəal başlayan "Neftçi" matçın 60-cı dəqiqəsində rəqib komandanı meydanın mərkəzinə dəvət edib. Belə ki, Kenni Sayef hesab arasındakı fərqi artırıb. İkinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində "Rapid"in futbolçusu Qvido Burqştaller fərqlənməklə oyunun yekun nəticəsini müəyyənləşdirib.Beləliklə, oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com

Avqust 5, 2022 14:56