Azərbaycan Badminton Federasiyasının məlumatı

22 Mart 2020 21:33

Xəbər 27 dəfə oxunub

Beynəlxalq Badminton Federasiyası COVID-19 səbəbindən bu idman növü üzrə Avropa çempionatının təxirə salındığını elan edib.Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinin rəhbəri Kənan Hakimov Azərtac-a bildirib ki, yarış qeyri-müəyyən vaxta təxirə salınıb.“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı aprelin 21-26-da keçirilməli idi. Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun da iştirak edəcəyi turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası komandalararası dünya çempionatını və daha bir neçə turniri də təxirə salıb.xeber100.com