Azərbaycan Badminton Federasiyasının məlumatına görə…

21 İyun 2022 13:30

Xəbər 120 dəfə oxunub

Yeniyetmə badmintonçular Avstriyanın Dornbirn şəhərində keçirilən “Austrian U-17 Open-2022” turnirində çıxış edib.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Mədinə Nağıyeva, Həcər Nuriyeva və Sərxan Bağırov təmsil edib.Qızların şəxsi yarışında Mədinə Nağıyeva ilk görüşündə çex Malvina Skrecenaya 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti görüşündə macar Zsofi Szaboya 0:2 hesabı ilə uduzub. İlk görüşündə almaniyalı Miya-Melayn Salariaya 2:1 hesabı ilə qalib gələn Həcər Nuriyeva ikinci görüşdə macar Kinqa Toz-Kuziyə 0:2 hesabı ilə məğlub olub. Həcər Nuriyeva-Mədinə Nağıyeva cütü qızların qoşa yarışında ilk görüşdə Amelia Maiksnerova (Çex Respublikası)-Jorina Jann (İsveçrə) tandeminə 0:2 hesabı ilə uduzub.Oğlanların qoşa yarışında isveçrəli Zhi Lunla eyni cütdə mübarizə aparan Sərxan Bağırov ilk görüşdə avstriyalı Filip Ofner-Feliks Steynvender qoşa cütünə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçiləri Filip Euler-Aditya Patilə 0:2 hesabı ilə məğlub olub.xeber100.com

AFFA-nın təşkilatçılığı ilə “Qızlar Futzal Kuboku” turniri keçirilib

AFFA-nın təşkilatçılığı ilə martın 17-də və 18-də İsmayıllı rayonunda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib. AFFA-nın rəsmi saytı xəbər verir ki, turnirin ilk günü 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. İsmayıllı Olimpiya İdman Kompleksinin idman zalında təşkil edilən turnirdə 12 məktəb və 90 yeni qız futbolçu qeydiyyatdan keçib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ayaqqabıları ilə təmin olunub. Təzəkənd kənd tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq 5 nömrəli tam orta məktəb və 6 saylı tam orta məktəb tutub. 5 qolla 6 nömrəli tam orta məktəbin şagirdi Fidan Fərəcova turnirin ən məhsuldar oyunçusu olub. 5 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədli ən yaxşı oyunçu, Təzəkənd kənd tam orta məktəbin şagirdi Günay Seyidova isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın futbolu departamentinin rəisi Əminə Həsənova və 15 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Xanlar Əliyev təqdim ediblər. Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsinin 5 müxtəlif regionda keçirilməsi planlaşdırılır.xeber100.com

Mart 18, 2023 13:34