Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

23 İyun 2022 15:15

Xəbər 54 dəfə oxunub

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürür.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, iyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.Belə ki, oğlanlar arasında yarışlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) güclərini sınayacaqlar. Qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) mübarizə aparacaqlar.Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcəklər.Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.xeber100.com

“Neftçi” futbol klubu UEFA Konfrans Liqasında növbəti qələbəsini qazanıb

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasında növbəti qələbəsini qazanıb.Bakı təmsilçisi turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib."Neftçi"nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar."Rapid"in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Qvido Burqştaller, Aleksa Peyiç, Mixael Sollbauer, Martin Kostselnik, Yonas Auer, Marko Qrüll, Morits Osvald, Ante Bayiç və Bernhard Zimmerman çıxıblar.Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi oyunda hesabı "Neftçi" komandası açıb. Oyunun 44-cü dəqiqəsində israilli yarımmüdafiəçi Ataa Caber baxımlı qola imza atıb. Komandamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.İkinci hissəyə daha fəal başlayan "Neftçi" matçın 60-cı dəqiqəsində rəqib komandanı meydanın mərkəzinə dəvət edib. Belə ki, Kenni Sayef hesab arasındakı fərqi artırıb. İkinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində "Rapid"in futbolçusu Qvido Burqştaller fərqlənməklə oyunun yekun nəticəsini müəyyənləşdirib.Beləliklə, oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com

Avqust 5, 2022 14:56