Azərbaycan Gimnastika Federasiyası yarışlar keçirməyə hazırlaşır

5 Oktyabr 2019 20:52

Xəbər 17 dəfə oxunub

Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır.Azərtac AGF-yə istinadla xəbər verir ki, ilin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı keçiriləcək. Bu yarışlar Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq.Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi və çempionatı və batut gimnastikası üzrə 5-ci ölkə birinciliyi və çempionatı olacaqdır. Tamblinq üzrə turnir noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə ertəsi gün Bakı Olimpiya Kompleksində təşkil ediləcək.İlin sonuncu yerli yarışları isə noyabrın 15-16-da Sumqayıtda keçiriləcək. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar – kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı respublika və paytaxt çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı birinciliyi və ölkə çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01