Azərbaycan Gimnastika Federasiyasının məlumatı

11 Sentyabr 2019 09:25

Xəbər 65 dəfə oxunub

Sankt-Peterburqda akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, idmançılarımız turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyası) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.Turnirdə 13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09