Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

28 Noyabr 2019 11:01

Xəbər 43 dəfə oxunub

Noyabrın 29-30-da Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA kuboku yarışları keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcəklər. Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) turnirdə qüvvələrini sınayacaqlar.Reqlamentə əsasən, güləşçilər noyabrın 29-da Olimpiya çəkiləri üzrə fərdi mübarizə aparacaqlar. Ertəsi gün isə “Lujniki” İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20