Azərbaycan Həndbol Federasiyasının məlumatına əsasən…

13 Mart 2020 14:54

Xəbər 36 dəfə oxunub

Qadın həndbolçuların Azərbaycan çempionatının 14-cü turunda “Azəryol” – “Qarabağ” qarşılaşması oynanılıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, liderlə 4 xallıq fərqi azaltmaq niyyətində olan “Qarabağ” meydançaya qələbə əzmi ilə çıxsa da, daha yaxşı oyun nümayiş etdirən “Azəryol” rəqibi üzərində inamlı qələbə qazanıb – 33:23.Günün ikinci oyunu da gərgin mübarizə şəraitində keçib. Autsayder “İdman Akademiyası” komandası bu dəfə “Azərsu” ilə oyunda azarkeşlərini sevindirmək əzmində idi. Rəqibin ciddi müqavimətinə rəğmən, “Azərsu” oyunu qələbə ilə bitirməyi bacarıb – 32:29.14 oyundan 26 xal toplayan “Azəryol”un liderliyi davam edir. Onun ən yaxın izləyicisi “Qarabağ” artıq 6 xal geridədir. Üçüncü pillədə qərarlaşan “Azərsu”nun aktivində 10 xal var. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın aşkar autsayderidir.Martın 18-nə təyin olunan 15-ci turun oyunlarında “Qarabağ” – “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.xeber100.com