Azərbaycan-Hindistan əlaqələri müzakirə olunub

28 Sentyabr 2019 20:29

Xəbər 46 dəfə oxunub

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.Azərtac xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında hindistanlı həmkarına məlumat verib, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.xeber100.com