Fevralın 6-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, günün birinci matçında “Qəbələ” öz meydanında Ağdamın “Qarabağ” klubunu qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin qapısından üç cavabsız top keçirib. “Qarabağ”ın qollarını Maksim Medvedev (6) və Patrik Andrade (45+4, 48) vurublar.Beləliklə, birinci oyunda da Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edən ağdamlılar yarımfinala vəsiqə qazanıblar.Günün digər matçında isə “Səbail” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.Ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. Bu oyunlarda “Kəpəz” klubu “Keşlə”ni, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…