Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq

31 Oktyabr 2023 14:04

Xəbər 372 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv dördüncü turda Monteneqro yığmasını qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Anastasiya Romanyuka həmyerliləri Aleksandra Vdovina və İrina Petrova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Kozeroq yerinə yetirəcək.

Qeyd edək ki, üç turdan sonra aktivində 7 xalı olan Azərbaycan millisi hazırda qrup lideridir. Monteneqro seçməsi isə altı xalla ikinci pillədə yer alıb. Qarşılaşma Azərbaycan yığmasının liderliyini qoruyub saxlaması baxımından önəmlidir. Milli komanda Monteneqrodakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Millətlər Liqası

C divizionu, 3-cü qrup

31 oktyabr

16:00. Azərbaycan – Monteneqro

Baş hakim: Anastasiya Romanyuk

Bakı, “Dalğa Arena”.xeber100.com