Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq

7 Yanvar 2022 15:12

Xəbər 40 dəfə oxunub

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 10-dan 15-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sportinq Paris”, Fransa), Thiago Teles Martins (ACCS FUTSAL, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya) və Oliveira Villiams (“Sporting Paris”, Fransa) dəvət olunublar.Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.xeber100.com

Azərbaycan Cüdo Federasiyasının nəlumatına görə…

Beynəlxalq Cüdo Federasiyası (BCF) növbəti Olimpiya dövrü (2022-2024-cü illər) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq edib.Azərbaycan Cüdo Federasiyasının nəlumatına görə, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər. Eyni zamanda, bəzi fəndlərin əks tərəfə tətbiqi qiymətləndirilməyəcək.İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.Bundan əlavə kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq.Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.Qeyd edək ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk 100-lükdə olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk 16-lıqda olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaqlar. İndiyə qədər belə bir məhdudiyyət yox idi.2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 2024-cü il iyunun 23-də başa çatacaq. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk 17-likdə yer almaq lazım olacaq. İlk 17-likdə eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcək. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya qazanacaq.Yeni yarış və idman qaydaları 2022-ci il yanvarın 28-30-da keçiriləcək Portuqaliya Qran- Prisindən etibarən tətbiq edilməyə başlanacaq.Azərbaycan Cüdo Federasiyası BCF-in tətbiq etdiyi son dəyişikliklər barədə hakimlər heyəti, milli yığmanın məşqçiləri və idmançıları, həmçinin klub, cəmiyyət və müxtəlif idman təşkilatlarının cüdo üzrə məşqçiləri və mütəxəssisləri üçün növbəti həftədən etibarən beynəlxalq və daxili seminarlar təşkil edəcək, həmçinin izahedici video və çap materialları da hazırlanacaq.Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.xeber100.com

Yanvar 21, 2022 14:38

Futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək. Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaqlar. Oyun saat 20:30-da start götürəcək.Turnirin rəsmi açılış mərasimi isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı “Ziggo Dome” Arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderlandın iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.Sayca 6-cı dəfə bu mərhələdə iştirak edəcək millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya – Azərbaycan qarşılaşması Qroningendəki “Martini Plaza”da baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə başa vuracaq milli komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.Niderlandda tətbiq edilən qadağalarla əlaqədar yanvarın 25-dək keçiriləcək oyunlarda azarkeşlər iştirak etməyəcək. UEFA futzalçıların özlərini yalnız hiss etməməsi üçün tribunalarda fanatların maketini yerləşdirib. Yanvarın 25-dən sonra keçiriləcək oyunlarla bağlı isə Niderland hökumətinin qəbul edəcəyi qərarlara uyğun addım atılacaq.xeber100.com  

Yanvar 19, 2022 15:44