Azərbaycan Ordusuna dəstək yürüşü keçiriləcək

17 İyul 2020 21:17

Xəbər 944 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 17-də yerli vaxtla saat 20:00-da Riqada Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçiriləcək.Azərtac xəbər verir ki, nəqliyyat vasitələrinin iştirakı ilə həyata keçiriləcək avtoyürüş zamanı dövlət bayrağımızın nümayişi, həmçinin Azərbaycan dövlətinə və şanlı ordumuza dəstək şüarlarının səsləndirilməsi nəzərdə tutulur. Həmyerlilərimiz avtoyürüşdə iştirak üçün saat 19:30-da 11. Novembra ünvanında olmalıdırlar.Yürüşə qatılmaq istəyənlərdən öz avtomobilləri ilə gəlmələri xahiş edilir. Avtoyürüşün sonunda Azərbaycanın Latviyadakı səfirliyinin binası qarşısında görüş keçiriləcək.xeber100.com

Azadlıq Günü ABŞ-da federal bayram elan edilib

ABŞ-da hər il iyunun 19-da qeyd edilən “Juneteenth” və ya belə adlandırılan “Azadlıq Günü” Birləşmiş Ştatlarda köləliyə həqiqətən son qoyulması deməkdir.Azərtac xəbər verir ki, bu həftə ABŞ Senatı həmin günün federal bayram elan edilməsi haqqında qanunu yekdilliklə qəbul edib.1865-ci il aprel ayında ABŞ-da Vətəndaş müharibəsi başa çatandan sonra, iyunun 19-da İttifaq ordusunun generalı Qordon Qreyncer Texas ştatında köləliyin ləğv olunduğunu elan edib. Bu hadisə emansipasiya (asılılıqdan azadlıq) elan olunandan təqribən iki il sonra baş verib. İndiyə qədər bu bayram 47 ştatda və Kolumbiya dairəsində qeyd olunurdu, indi isə milli səviyyədə qeyd ediləcək.Senatda çoxluq təşkil edən demokratların lideri Çak Şumer belə bir qanun qəbul edilməsi təklifini irəli sürüb və senatorlardan heç biri buna etiraz etməyib. Keçən il bu qanun layihəsinin qəbul edilməsinə imkan verməmiş senator Ron Conson iyunun 15-də öz etirazını geri götürüb. Conson bu barədə bəyanatında deyib: “Çox qəribədir, indi vergi ödəyiciləri köləliyə son qoyulmasını bayram etmək üçün federal qulluqçulara ödənişli məzuniyyət verməlidirlər, lakin aydındır ki, Konqres bu məsələnin müzakirəsini davam etdirmək istəmir. Buna görə mən etiraz etməyə hazırlaşmıram”.Qanun layihəsi Senatdan Nümayəndələr Palatasına daxil olacaq. Burada qəbul ediləcəyi halda sənəd Bayden tərəfindən imzalanacaq və iyunun 19-u ABŞ-da 11-ci federal bayram olacaq.xeber100.com

İyun 17, 2021 15:07

Təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılıq əldə edilib

Yaponiya və Avstraliya təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılığa gəliblər.Azərtac xəbər verir ki, bu barədə razılaşma iyunun 9-da nazirlərin iştirakı ilə “2+2” formatında keçirilən onlayn görüşdə əldə edilib.Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi avstraliyalı həmkarları Mariz Peyn və Piter Dattonla müxtəlif məsələləri müzakirə ediblər.Görüşün əvvəlində T.Moteqi bildirib ki, Hind-Sakit okean regionunda birtərəfli qaydada status-kvonun dəyişdirilməsinə cəhdlər səbəbindən strateji rəqabətin artması beynəlxalq qaydalarda ciddi problemlər yaradır. Buna görə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrə ciddi ehtiyac var.N.Kişi isə deyib ki, ümumi dəyərlərə və strateji maraqlara malik ölkələrin güclərini birləşdirməsi bu gün aktual xarakter alıb. Hind-Sakit okean regionunda sülhün və sabitliyin qorunması üçün Yaponiya özünümüdafiə qüvvələri və Avstraliya silahlı qüvvələri birlikdə inkişaf etməlidirlər.Görüşdə nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində baş verən hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.Tokio ilə Kanberra arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək məqsədilə Avstraliya hərbçilərinin 2016-cı ildə Yaponiyada qüvvəyə minmiş qanuna müvafiq olaraq özünümüdafiə qüvvələri tərəfindən müdafiə edilən əcnəbi hərbi tərəfdaşlar siyahısına daxil edilməsi qərara alınıb.xeber100.com

İyun 9, 2021 15:21