Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb

23 Avqust 2019 14:57

Xəbər 134 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Xocalı soyqırımının ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-də Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, aksiyada Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çexiya, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.xeber100.com

Fevral 22, 2020 18:25

Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edilib

Bu il fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumata görə, qətnamədə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərəbycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlər, regional və qlobal məsələlərə ortaq yanaşma və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır. Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.Məlumat üçün bildirmək istərdik ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.xeber100.com  

Fevral 22, 2020 18:20

“El Sol de Mexico” qəzeti parlament seçkilərindən yazır…

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair “Azərbaycan: çoxlu seçici və şəffaf seçkilər” adlı növbəti məqaləsi dərc olunub.Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.Məqalədə, habelə seçkilərin ABC Radio OEM daxil olmaqla 800-dən artıq beynəlxalq müşahidəçilər tərəfindən izləndiyi qeyd olunur, bunun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlara daha da güclü təkan verəcəyi və həmin islahatların qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi restrukturizasiyanı davam etdirməyə imkan verəcəyi xüsusilə vurğulanır.xeber100.com

Fevral 13, 2020 14:32

Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında…

Qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.Milli Məclisin Mətbəəsində baş tutan tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.xeber100.com  

Fevral 2, 2020 21:13