Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub

29 Oktyabr 2019 13:16

Xəbər 36 dəfə oxunub

Oktyabrın 28-də Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Qarabağ” “Səbail”lə qarşılaşıb.Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.Bu nəticədən sonra “Qarabağ” 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. “Səbail” isə 10 xalla 4-cü yerdədir.Qeyd edək ki, turun ilk 3 oyununda “Keşlə” evdə “Qəbələ”ni 2:1, “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib, “Sabah” – “Zirə” matçında isə qalib müəyyənləşməyib – 2:2.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42