Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib

7 Noyabr 2020 19:47

Xəbər 34 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, “Səbail” klubu çempionatın lideri “Sumqayıt”ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.“Səbail”in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran “Səbail” 6-cı pilləyə yüksəlib. “Sumqayıt” isə hələ ki, 15 xalla liderdir.Qeyd edək ki, günün ilk matçında “Keşlə” “Qəbələ”ni 3:1 hesabı ilə üstələyib. IX tura noyabrın 8-də keçiriləcək “Neftçi” – “Qarabağ” və “Sabah” – “Zirə” matçları ilə yekun vurulacaq.xeber100.com

Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən…

Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsi 2020-ci ildə keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun dayandırılmasına qərar verib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, oktyabr ayının sonunda Macarıstanda “Böyük dəbilqə” yarışının uğurla təşkilindən sonra IJF ilin sonuna qədər dünya turu çərçivəsində ən azı daha bir turnir keçirəcəyini planlaşdırsa da, bu, baş tutmayıb: “Keçirilməsi nəzərdə tutulan yarış Xorvatiyada baş tutacaq Zagreb Qran-Prisi idi. Qlobal sağlamlıq böhranı dünyanın əksər yerlərində şiddətləndiyi və getdikcə daha çox ölkədə COVID-19 virusunun yayılması hamını ciddi tədbirlər görməyə sövq edir. Hazırkı vəziyyətdə yarışların qadağan olunduğu, bəzi hallarda idmançılar üçün məşqlərin belə mümkün olmadığına görə təşkilat Dünya Cüdo Turu yarışlarının təşkilini dayandırmağa qərar verib”.İJF-nin prezidenti Marius Vizer hazırkı pandemiya şəraitində yaranmış vəziyyətə görə təəssüf hissi keçirdiyini bildirib. O, qeyd edib ki, dünya xalqlarının təhlükəsizliyini təmin etmək üçün hökumətlərin səylərinə hörmətlə yanaşılmalıdır. M.Vizer qurumun 2021-ci ilin gələn ilin yanvar ayında Qatarda keçiriləcək “Masters” turnirinin yüksək səviyyədə təşkili üçün səy göstərəcəyini bildirib.Qeyd edək ki, Azərbaycan komandası bu il Dünya Cüdo Turu çərçivəsində keçirilmiş dörd turnirin hamısında iştirak edib. Belə ki, pandemiya başlamazdan əvvəl Parisdə və Düsseldorfda təşkil edilən “Böyük dəbilqə” ilə yanaşı, Təl-Əviv Qran-Prisi və uzun fasilədən sonra keçirilən Budapeşt “Böyük dəbilqə”sində komandamız 7 medal - bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.Qeyd edək ki, Azərbaycanın cüdo yığması noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında iştirak edəcək. Yığmamız qitə çempionatında 14 cüdoçu ilə təmsil olunacaq.xeber100.com

Noyabr 17, 2020 12:52

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində

Noyabrın 8-də futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına start veriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz noyabrın 11-də yoldaşlıq oyununda Sloveniya, ayın 14-də və 17-də isə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində müvafiq olaraq Monteneqro və Lüksemburq milli komandası ilə qarşılaşacaq. Təlim-məşq toplanışı qeyd olunan oyunlara hazırlıq məqsədi daşıyacaq.Hazırlığa Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”), Maksim Medvedev (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Rahil Məmmədov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi “Keşlə”), Tellur Mütəllimov (“Sumqayıt”), Mert Çelik (“Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Abbas Hüseynov (“Qarabağ”), Elvin Bədəlov (“Sumqayıt”), Qara Qarayev, İsmayil İbrahimli (hər ikisi “Qarabağ”), Rəhman Haciyev (“Keşlə”), Elvin Camalov (“Zirə”), Rəhim Sadıxov, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Çoşqun Diniyev (“Sabah”), Vüqar Mustafayev (“Sumqayıt”), Vüsal İsgəndərli (“Keşlə”), Ramil Şeydayev (“Sabah”), Namik Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”) və Musa Qurbanlı (“Qarabağ”) dəvət olunublar.xeber100.com

Noyabr 7, 2020 19:52

Türkiyə çempionatının VIII turunun birinci gün qarşılaşmasında

Futbol üzrə Türkiyə çempionatının VIII turunun birinci gün qarşılaşmasında "Beşiktaş" səfərdə "Qaziantep"in qonağı olub.Azərtac xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kevin Mirallas açıb. Matçın 55-ci dəqiqəsində istanbulluların futbolçusu Ersin Destanoğlu qımızı vərəqə alaraq komandasını azlıqda qoyub. Cəmi 6 dəqiqə sonra İstanbul klubu hesaba tarazlıq gətirib. Kail Larin komandasının bərabərlik qoluna imza atıb. Lakin "Qaziantep" 63-cü dəqiqədə Muhammed Dəmirin vurduğu qol sayəsində hesabda yenidən irəli keçib. Görüşün son dəqiqələrində isə Kənan Özər meydan sahiblərinin üçüncü qolunun müəllifi olub.Beləliklə, "Beşiktaş" səfərdə "Qaziantep"ə 3:1 hesabı ilə məğlub olub. Turun digər oyunları aşağıdakılardır: "Kasımpaşa" – "Antalyaspor"; "Alanyaspor" – "Trabzonspor"; "Ərzurumspor" – "Göztəpə"; "Fənərbağça" – "Konyaspor"; "Ankaragücü" – "Fatih Karagümrük"; "Yeni Malatyaspor" – "Dənizlispor"; "Başakşəhər" - "Gənclərbirliyi"; "Kayserispor" - "Hatayspor"; "Qalatasaray" – "Sivasspor". Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Rizəspor" istirahət edib. Hazırda çempionatın turnir cədvəlinə oyun fərqi ilə 17 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Alanyaspor" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.xeber100.com

Noyabr 7, 2020 19:49

“Qarabağ” komandası UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq

“Qarabağ” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.Azərtac xəbər verir ki, Ağdam klubu I qrupun III tur matçında Türkiyədə “Sivasspor”un qonağı olacaq. “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib. Əsas hakim Sandro Şörer olacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.Superliqa klubu “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. “Köhlən atlar”da isə zədəli və cəzalı futbolçu yoxdur.xeber100.com

Noyabr 5, 2020 14:17

Milli Basketbol Assosiasiyasının yeni mövsümünün təqvimi müəyyənləşib

Milli Basketbol Assosiasiyasında (MBA) yeni mövsümün başlanması ilə bağlı fikir ayrılığı yaranmışdı. Basketbolçular və liqa rəhbərliyi razılığa gələ bilmədiyindən mövsümün bir qədər gec başlayacağı gözlənilirdi. Artıq bu problem həll olunmaq üzrədir.Azərtac xəbər verir ki, MBA-nın yeni mövsümünün təqvimi müəyyənləşib. Amerika mətbuatının məlumatına görə, müntəzəm çempionat böyük ehtimalla, dekabrın 22-də start götürəcək. Liqa rəhbərliyi hələ iki həftə əvvəl mövsümün məhz bu tarixdə start götürəcəyini planlaşdırsa da, basketbolçular bununla razılaşmırdı. Uzunsürən müzakirələrdən sonra artıq tərəflər ortaq məxrəcə gəlib. Basketbolçular bir müddət əvvəl mövsümün yanvarın 18-də başlamasını və hər komandanın müntəzəm çempionatda 50 və ya 60 oyun keçirməsini istəyib. Lakin liqa rəhbərliyi onları fikrindən daşındıra bilib. Əslində, mövsümün dekabrdan start götürməsi hər iki tərəfə sərf edir. Belə ki, çempionat gec başlayacağı halda liqa və klublar daha ciddi maliyyə itkisi ilə qarşılaşa bilərdi. Hər halda, Milad bayramı günü ənənəvi oyunların keçirilməməsi reytinqə də mənfi təsir göstərir.Yeni təqvim planına gəlincə, komandalar dekabrın 1-dən təlim-məşq toplanışına başlayacaq və mövsümün startına qədər hər klub ən azı 3 yoxlama oyunu keçirəcək. Hər komanda müntəzəm çempionatda 72 oyuna çıxacaq, “All Star” həftəsi isə martın ortalarında təşkil olunacaq. Müntəzəm çempionat mayın ikinci 10 günlüyündə, pley-off iyulda başa çatacaq.xeber100.com

Noyabr 5, 2020 14:15