Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib

3 Noyabr 2019 20:15

Xəbər 26 dəfə oxunub

Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Zirə” komandası “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. “Zirə”nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. “Sumqayıt” ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci hissə bu hesabla yekunlaşıb.Görüşün 58-ci dəqiqəsində paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze “Zirə”ni yenidən hesabda önə keçirib. Oyunun 82-ci dəqiqəsində isə “Sumqayıt”dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.Bu nəticədən sonra “Zirə” 10-cu xalını qazanıb və 6-cı yerdə qalıb. “Sumqayıt” isə 11 xalla 4-5-ci yerləri bölüşdürür.Qeyd edək ki, X tura bu gün keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq. Turun ilk 2 matçında qapılara qol vurulmayıb. “Neftçi” – “Qarabağ” və “Səbail” – “Keşlə” oyunlarında hesab açılmayıb – 0:0.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09