Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümündə

20 İyun 2020 22:18

Xəbər 478 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.Azərtac xəbər verir ki, “Azersun Arena”da baş tutan, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər.Təqdimetmədə əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib.Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi. Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.xeber100.com

Formula 1 üzrə dünya çempionatının ikinci yarışması start götürəcək

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.Azərtac xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.xeber100.com

İyul 12, 2020 19:44