Azərbaycan Premyer Liqasının beşinci turuna start veriləcək

21 Sentyabr 2019 16:30

Xəbər 87 dəfə oxunub

Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə iki görüş oynanılacaq. Birinci oyunda “Sumqayıt” klubu “Sabah” komandası ilə qarşılaşacaq. Saat 17:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.Günün ikinci matçı “Səbail” və “Qəbələ” komandaları arasında oynanılacaq. Saat 19:45-də start götürəcək görüş “ACCO Arena”da keçiriləcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq.Sentyabrın 22-də “Bakcell Arena”da “Keşlə” klubu “Neftçi”nin qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. Oyunda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.Tura sentyabrın 23-də oynanılacaq “Zirə” və “Qarabağ” matçı ilə yekun vurulacaq. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Dörd turdan sonra turnir cədvəlinə 12 xalla “Qarabağ” klubu başçılıq edir. Doqquz xalı olan “Səbail” ikinci, “Zirə” isə 7 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Keşlə” (6 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Qəbələ” (3) və “Sabah” (2) klubları yer alıblar.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24

Şahmat Federasiyasının məlumatı əsasında…

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-dan 28-dək blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Turnirdə 50 iştirakçı mübarizə aparacaq. Hər iki ölkədən FIDE əmsalına görə kişilərin siyahısında ilk 12-likdə, qadınların reytinqində isə ilk 8-likdə qərarlaşan (2020-ci il 1 may tarixinə), həmçinin bu il yanvarın 1-də 16 yaşı tamam olmamış şahmatçılar arasında ilk üçlükdə yer almış gənclər yarışda iştirak edə bilərlər. Federasiyalar yarışa əlavə iki şahmatçı dəvət etmək hüququna malikdirlər.Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaqlar. On beş turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək.Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək.xeber100.com

May 21, 2020 10:12