Azərbaycan Premyer Liqasının X turuna yekun vurulub

4 Noyabr 2019 11:36

Xəbər 105 dəfə oxunub

Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna yekun vurulub.Azərtac xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Sabah”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.Hesabı 43-cü dəqiqədə “Qəbələ”nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra “Sabah” iki qol vurub. Oyunun 54-cü dəqiqəsində Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.Bu, 10-cu turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. “Sabah” səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. “Qəbələ” isə 6 xalla sonuncudur.Qeyd edək ki, turun ilk 3 oyununda “Neftçi” – “Qarabağ”la, “Səbail” “Keşlə” ilə 0:0, “Zirə” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.xeber100.com