Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək

22 Noyabr 2019 13:10

Xəbər 105 dəfə oxunub

Noyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun açılış matçında “Kapital Bank Arena”da “Sumqayıt” və “Qarabağ” komandaları qarşılaşacaqlar. Saat 19:00-da başlayacaq görüşü Rauf Cabbarov idarə edəcək.Noyabrın 23-də keçiriləcək “Səbail”–“Sabah” matçının baş hakimi Səbuhi Bayramov olacaq. Saat 15:00-da start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.Noyabrın 24-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Keşlə” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.Tura həmin gün keçiriləcək “Neftçi”-“Qəbələ” oyunu ilə yekun vurulacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On bir turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 19 xalı olan “Keşlə” ikinci, 18 xalı olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (14), “Səbail” (11), “Zirə” (11), “Sabah” (10) və “Qəbələ” (9) yer alıblar.xeber100.com