Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək

27 İyul 2020 19:29

Xəbər 507 dəfə oxunub

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.xeber100.com

Əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya parlamentinin nümayəndələr palatasının və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kentaro Sonoura ilə görüşüb.Azərtac xəbər verir ki, əvvəlcə G.İsmayılzadə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrin inkişafına böyük diqqət yetirildiyi barədə məlumat verib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərindən, iqtisadi sabitliyin qorunması üçün atılan vacib addımlardan danışıb, dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyatını və sağlamlığını prioritet elan etdiyini vurğulayıb.K.Sonoura öz növbəsində Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət barədə məlumat verib, koronavirusun ölkədə iqtisadiyyata və sosial həyata ciddi zərbə vurduğunu qeyd edib.G.İsmayılzadə iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı haqqında geniş məlumat verib. Bildirib ki, dövlət sərhədində Ermənistan tərəfindən bu cür hərbi təxribatlar mütəmadi şəkildə törədilir. Ermənistanın növbəti təxribatı nəticəsində hərbçilərimiz, o cümlədən yüksək rütbəli zabitlərimiz, mülki şəxslər həlak olub və ya yaralanıblar.Yaponiyalı parlamentari baş vermiş hadisələrə son dərəcə təəssüf ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, hər zaman olduğu kimi, indi də Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafına, əməkdaşlığın daha genişləndirilməsinə dəstək verməyə davam edəcəkdir.xeber100.com  

İyul 29, 2020 16:55

Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib

Ölkəmizin Latviyadakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması məsələləri müzakirə edilib.Düşmənin bu təxribatlarına qarşı nümayiş etdirilən yüksək vətənpərvərlik əzmi, soydaşlarımızın etiraz nümayişləri və avtomobil karvanından ibarət yürüşünə görə təşəkkür edən səfir ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında bütün qüvvələri səfərbər edilməsinin vacibliyini bildirib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri və bütün dünya azərbaycanlılarına müraciətlərini bir daha diqqətə çatdıran səfir həmvətənlərimizi xalqımızın və dövlətimizin mənafeyi naminə sıx birləşməyə çağırıb. O, səfirliyin diaspor təşkilatlarımızın bu istiqamətdəki fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.“Azəri” təşkilatının sədri Ulduzxan Əhmədov diasporumuzun daha mütəşəkkil təşkilatlanması və fəaliyyətinin əlaqələndirilməsinə dair təkliflərini səsləndirib.Azərbaycan diasporunun tanınmış nümayəndələri Rafiq Seyfullayev, Adıgözəl Məmmədov diaspor fəaliyyətinin təkmilləşdiriliməsi, bu xüsusda soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinin önəmindən danışıb, rəy və təkliflərini bildirib, bu sahədə lazımi dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıblar.Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvləri Elnur Rəhimov və Amil Səlimov Azərbaycan həqiqətlərinin Latviya və dünya ictimaiyyətinə çatdırılmasında istiqamətində həlli vacib olan bağlı təkliflər irəli sürüb.xeber100.com  

İyul 28, 2020 22:08