Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin görüşü keçiriləcək

22 Fevral 2021 09:29

Xəbər 59 dəfə oxunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun fevralın 23-də Ankarada keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.xeber100.com

Ukrayna parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədi

Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.Azərtac xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.“Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər”, - deyə səfir bildirib.Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, - deyə səfir vurğulayıb.Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.xeber100.com

Fevral 12, 2021 19:16

GUAM Parlament Assambleyasının 13-cü sessiyası keçirilib

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından söz açan sədr müavini vurğulayıb ki, tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür.Son dövrlərdə parlament diplomatiyasının xeyli aktuallaşdığını, beynəlxalq münasibətlərin qanunverici bazasını zənginləşdirdiyini qeyd edən Adil Əliyev bildirib ki, günümüzdə GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər. GUAM PA-nın 13-cü sessiyasının 4 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra “Yeni qlobal çağırışlar şəraitində GUAM-a üzv dövlətlərin əməkdaşlığı” mövzusunda müzakirələrə başlanıb. Öncə COVID-19 pandemiyasının sosial və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə heyətinin rəhbərlərindən Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova), Azərbaycan nümayəndə heyətinin üzvü Cavid Osmanov, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər barədə məlumat veriblər.xeber100.com  

Fevral 11, 2021 18:36

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi Avropa İttifaqının (Aİ) sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına münasibət bildirib.XİN-dən Azərtac-a bildiriblər ki, bununla bağlı verilən açıqlamada deyilir: “Avropa İttifaqının sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur.Məlum olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddətdə əsarətdə saxlanılıb və Aİ bu vəziyyətə biganə münasibət göstərib.Vurğulamaq istərdik ki, son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox insanın itkin düşməsi ilə əlaqədar Aİ bu günədək hər hansı açıqlama verməyib, münasibət bildirməyib.Avropa İttifaqı tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, mülki şəxs Seymur Rzayev ağır yaralanıb.Beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən, bu şəxslər hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcək.Qeyd etmək istərdik ki, birtərəfli və ikili standartlara əsaslanan bu yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər”.xeber100.com

Yanvar 30, 2021 18:42

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə olunub

Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşüb.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azərtac-a bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək, iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək. Öz növbəsində, Türkiyə milli müdafiə nazirinin müavini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.Y.E.Karaosmanoğlu Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkiyə milli müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.Türkiyə milli müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki ölkə ordularının şəxsi heyətinin peşəkarlığının artırılması ilə yanaşı bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılmasına xidmət edir.Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.xeber100.com

Yanvar 30, 2021 18:38

İlham Əliyev: Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir

Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.Dövlətimizin başçısı qeyd edib ki, görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir və beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur.“Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.Nəqliyyat infrastrukturuna qoyulan vəsaitin yeni vəziyyət yaratdığını bildirən Prezident deyib: “Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.xeber100.com

Yanvar 26, 2021 13:24

Xarici İşlər Nazirliyi: Liviyada həbsdə olan vətəndaşlarımız vətənə qayıdıblar

Liviya Dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev bu ilin yanvarın 21-də vətənə geri qayıdıblar.Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.Məlumatda deyilir: “Bildirmək istərdik ki, 2016-cı ilin mart ayında Türkiyə Respublikasında qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya Dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəmini matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.Həbsdə olan vətəndaşlarımız - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 2020-ci il 29 dekabr tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.Vətəndaşlarımızın təcili təxliyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlərin nəticəsində, Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə vətənə geri qayıtması mümkün olub. Təxliyə prosesi Türkiyə Respublikası və Liviya Dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”.xeber100.com

Yanvar 21, 2021 12:39

Qanlı Yanvar hadisələrindən 31 il ötür…

Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.Azərtac xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər.Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, şəhidlərə borcluyuq.Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 100-dən çox sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı.Bu qanlı hadisələrdən bir gün sonra – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə nümayiş etdirir.xeber100.com  

Yanvar 20, 2021 12:34