İyulun 3-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə qonaqlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi ilə tanış olublar.Kitabxanadan Azərtac-a bildirilib ki, Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edərək, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.Sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…