Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

11 Mart 2023 13:08

Xəbər 27 dəfə oxunub

Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 61, üç və daha çox doza vaksinlərin sayı 77, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 282, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 999, ikinci mərhələ üzrə 4 milyon 879 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 69, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 757-dir.xeber100.com

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir

Yeni araşdırma göstərib ki, COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir. BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə Cenevrədə çıxış edib. Aparılmış tədqiqatlar təsdiq edib ki, koronavirus əleyhinə peyvəndlər və buster dozaları xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını xeyli azaltmaqla bərabər, COVID-19-a yoluxmuş pasiyentlərdə ürək tutması və insult ehtimalını da azaldır. ÜST-nin COVID-19 əleyhinə vaksinlər üzrə Texniki Məsləhət Qrupu mövcud preparatların effektivliyini qiymətləndirmək və lazım gələrsə onları təkmilləşdirmək üçün epidemioloji vəziyyəti daim müşahidə etməyin nəzarətin zəruri olmasını vurğulayıb. Doktor Gebreyesus deyib: “Virusun təkamülü prosesində müvafiq vaksinləri, terapevtik və diaqnostik vasitələri vaxtında yeniləşdirmək üçün hökumətlər epidemioloji müşahidəni dəstəkləməlidirlər”. ÜST-nin rəhbəri vurğulayıb: “Bütövlükdə dünyada vəziyyət üç il əvvəlki ilə müqayisədə yaxşılaşıb. Lakin COVID-19-a ciddi yanaşmamaq olmaz. Ötən həftə cümə günü Münxen Təhlükəsizlik Konfransında demişəm ki, dünya əvvəlki kimi, hələ də yeni pandemiyaya hazır deyil”.

Fevral 23, 2023 15:23